Gürcüstanda vəziyyət gərgin olaraq qalır. "İzvestiya"nın yaydığı məlumata görə, parlamentdə prezident seçkilərinin keçirilməsi fonunda etirazçılar dövlət qurumunun binasına yaxınlaşıblar.
“Müxalifət Gürcüstan parlamentinin binasına yaxınlaşıb. Polislər onları içəri buraxmırlar və "insan divarı" kimi dayanıblar”, – nəşr yazıb.
Qeyd edək ki, səhər saatlarından başlayaraq bir neçə yüz etirazçı dekabrın 14-də prezident seçkilərinin keçiriləcəyi Gürcüstan parlamentinin qarşısına toplaşıb.
Dekabrın 13-də Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident Sarayını tərk etməyi planlaşdırmır. Onun fikrincə, qarşıdan gələn seçkilər qeyri-legitimdir və “parodiya”dır.
Tural