Suriyanın ərazi bütövlüyü və birliyi bütün şəraitdə qorunmalıdır.
News365.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
"Suriyanın təhlükəsizliyi, azadlığı, rifahı və sabitliyi region və dünya üçün vacibdir. Hamımızın nizamlı Suriyanın rəhbərlik etdiyi keçidə ehtiyacı var. Bu tarixi dövrdə dövlət institutlarının qorunub saxlanmasını təmin etmək lazımdır”, - Fidan bildirib.