Ermənistanda siyasi gərginliklə yanaşı sosial-iqtisadi böhran da artmaqdadır. Dekabrın 11-də onlayn sistemlə fəaliyyət göstərən taksi sürücüləri etiraz aksiyası təşkil ediblər.
"Mamul" nəşrinin yaydığı məlumata görə, onlar əsasən vergilərdən ölkədə qiymət artımından narazılıq ediblər: “Bizi onlayn taksi sürücüləri adlandırırlar və biz müdafiəsiz şəkildə cəmi üç ay ərzində 1 milyard 140 milyon vergi ödəmişik. Müdafiəsiz nə deməkdir? Adam səhər ayılıb görür ki, qazın qiyməti 220 dram olub və ölkədəki varlı yenə varlanıb, kasıb isə yenə həmin çuxurda qalıb. Bax müdafiəsiz təbəqə budur...”, - aksiya iştirakçılarından biri jurnalistlərə deyib.
Digər mitinq iştirakçısı qeyd edib ki, Ermənistan yanacağın qiyməti bir gündə 30, həftədə isə 100 faiz artan bir ölkədir. Belə bir sistem isə yanlışdır və aidiyyəti sahəyə nəzarət də yoxdur.
Tural