Siyasətçi, “Yabloko” partiyasının Pskov bölməsinin rəhbəri Lev Şlosberq (Rusiya Federasiyasında xarici agent kimi tanınır-red.) Pskov hava limanında saxlanılıb. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Baza-nın məlumatına görə, Şlosberq Moskvadan Pskova uçubmuş. "Təxminən saat 10:00 radələrində (Moskva vaxtı ilə-red.) yerə enəndən sonra polis əməkdaşları ona yaxınlaşaraq siyasətçinin onlarla getməsini istəyiblər. Şlosberqi mikroavtobusda aparıblar. Siyasətçinin saxlanma səbəbi hələlik açıqlanmayıb", -paylaşımda yazılıb.
Oktyabrın 30-da Pskov Şəhər Məhkəməsi xarici agentlər haqqında qanunu pozduğuna görə Şlosberqə inzibati cərimə kəsmişdi. Cərimə 30 min rubl təşkil edir.
Tural