Samir Abasovla Xavi arasında maraqlı dialoq - VİDEO

Samir Abasovla Xavi arasında maraqlı dialoq -  VİDEO
28 Apr 2024 15:09

Xəbər verdiyimiz kimi, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın düşərgəsində təcrübə keçir.

O, katalon klubunun baş məşqçisi Xavi Hernandez ilə görüşüb.

Görüş zamanı maraqlı dialoq yaşanıb.

Xavi Samir Abasovdan haradan olduğunu soruşub. Samir Abbasov Azərbaycandan olduğunu dedikdən sonra Xavi 2009-cu ildə millimizə qarşı keçirdikləri oyunu xatırlayıb.

Xavi həmin oyunun hesabını soruşduqda Abasov gülərək məşqçidən bu sualı soruşmamasını bildirib.

 


Youtube kanalımız

Oxşar xəbərlər