Sabiq direktor rüşvətə görə ölüm hökmü aldı

Sabiq direktor rüşvətə görə ölüm hökmü aldı
10:35

Çində dövlətə məxsus “China Huarong International” maliyyə şirkətinin keçmiş baş direktoru Bay Tyanhuey barəsində çıxarılan ölüm hökmü icra olunub.

News365.az-ın məlumatına görə, Çin Mərkəzi Televiziyası rüşvət ittihamı ilə əlaqədar edamın həyata keçirildiyini təsdiqləyib.

İttihama əsasən, sabiq direktor uzun illər ərzində ümumilikdə 1,1 milyard yuanlıq (təxminən 264,5 milyon AZN) rüşvət qəbul edib. Tianjin Şəhər Məhkəməsi ötən il onu günahkar sayaraq ən ağır cəzaya məhkum etmişdi.

Xatırladaq ki, “Huarong” strukturunda rəhbər vəzifə daşımış digər şəxs – Lay Syaomin də oxşar korrupsiya cinayətlərinə görə 2021-ci ildə edam edilmişdi.

News365.az


Sizin reklam burada
Sizin reklam burada