Ukraynada müharibə davam edir. Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunda döyüşən əsgər və zabitləri əhəmiyyətli sürətlə məhv etməyə davam edirlər. Belə ki, Ukrayna Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində 1420 rus döyüşçüsü öldürülüb. Bununla da müharibə başlayandan bəri rusların ümumi itkiləri artıq 729 min 720 nəfərə çatıb.
Unian nəşri yazır ki, həmçinin, son 24 saat məhv edilmiş Rusiya texnikalarına dair statistika üçün "məhsuldar" olub.
"Xüsusilə, Ukrayna Silahlı Qüvvələri 20 tank, 36 zirehli döyüş maşını, 24 artilleriya sistemini metal qırıntısına çevirib",- məqalədə yazılıb.
Həmçinin 105 əməliyyat-taktiki PUA-sı, 73 ədəd avtomobil texnikası və avtosistern, 3 ədəd xüsusi texnika məhv edilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural