Rusiyada təyyarə qəzaya uğrayıb.
News365.az xəbər verir ki, Rusiyanın İvanovo vilayətində An-22 tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub. Hadisənin səbəbi hələlik açıqlanmır.
Əraziyə xilasedicilər cəlb edilib.