Rusiya PUA istehsal edilən zavodu vurdu

Rusiya PUA istehsal edilən zavodu vurdu
29 Apr 2024 14:31

Rusiya silahlı qüvvələri Ukrayna qoşunları üçün pilotsuz təyyarələrin yığıldığı obyektə hücum edib.  News365.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilir ki, bu xüsusi hücumun hazırlanmasında və həyata keçirilməsində raket qoşunları, aviasiya və artilleriya qüvvələri iştirak edib.  

Bundan  əlavə, hərbi qulluqçular xüsusi hərbi əməliyyat zonasındakı 110 ərazidə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini və texnikasını da sıradan çıxarıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər