Rusiya indi də qatarları vurur

Rusiya indi də qatarları vurur
28 Mar 2025 10:15

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (VSU) mühüm logistika obyekti olan Xerson dəmir yolu stansiyasına hücum edib. Bu barədə Ukraynanın “Ot Mariupol do Karpat” Teleqram kanalı məlumat yayıb.

Telegram kanalının məlumatına görə, Ukrayna hərbi qruplaşmaları üçün əsas təchizat bu stansiyadan keçir.

"Bir neçə vaqon məhv edilib", - məlumatda deyilir. Bildirilir ki, şəhərin bəzi əraziləri işıqsız qalıb.

Bundan əvvəl Ukraynanın “Obşestvennoe” nəşri Ukraynanın nəzarətində olan Xerson şəhərində yeni silsilə partlayışların baş verdiyini yazmışdı. Nəşr əlavə məlumat verməyib. Rəsmi orqanlar da hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada