Rusiyanın yük təyyarəsi Suriyanın Latakiya vilayətindəki hərbi bazasından Liviyaya uçub.
News365.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Agentlik bildirib ki, yaxın vaxtlarda Xmeymim hərbi bazasından Rusiyaya məxsus təyyarələrin uçuşları gözlənilir.
Nəşrin peyk görüntülərinə əsaslanaraq verdiyi məlumata görə, Rusiya Suriyadakı hərbi bazadan, iki ədəd An-124 təyyarəsi ilə, hərbi texnika köçürür.
Xatırladaq ki, Suriyada hakimiyyətə gələn “Heyat Təhrir əş-Şam” qruplaşması Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarət edir.