Qəzzada ölənlərin sayı 52,5 mini ötdü

Qəzzada ölənlərin sayı 52,5 mini ötdü
04 May 2025 20:45

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı son 24 saatda 40 nəfər artaraq 52 min 535 nəfərə çatıb.


News365.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunub.


Bildirilib ki, son 24 saat ərzində Qəzzada 40 nəfər ölüb, 125 nəfər yaralanıb.


Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin qaldığı bildirilir.


Sizin reklam burada
Sizin reklam burada