Qaçaq Kərəm təkcə Qafqazda və Kubanda deyil, İran və Türkiyədə də məşhur olub. Onun qəhrəmanlığı yazıçı və şairlərin diqqətini hələ onun öz dövründə cəlb etmişdi. Kərəmin geniş ad-san qazanması, qəhrəmancasına mübarizə aparması rus müəllifləri (M. Qorki, D. Kozlovski, V. Kazanovski, S. Filippov və b.) ilə bərabər, gürcü xalqının bədii söz ustalarına da ilham verib. Anton Purtseladze, Georgi Amilaxvari, Vasili Barnov, Georgi
Tumanişvili gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən böyük həvəs və məhəbbətlə bəhs ediblər. V.Mçedlişvilinin Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanan pyesinin də adı "Qaçaq Kərim"dir.
M. Qorkinin oçerkində yazır ki, Tiflisdə, Axalsıx, Kutaisi, Siqnaxi, Qori, Duşeti qəzalarında Qaçaq Kərim(Kərəm) barədə çoxlu əfsanə və hekayətlər var.
XIX əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana köçür və ömrünün sonuna qədər orda qalır. 21 avqust 1896-cı Şah sarayında Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacara qarşı sui qəsdin qarşısını aldıqdan sonra onun xahişi ilə Rusiya imperetoru onun üzərindən bütün ittihamları götürmüş, bağışlamış və şərt qoymuş idi ki, əsla bir daha Araz çayının bu sahilinə gəlməsin.
Kərəm, bağışlanılmasına baxmayaraq, ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparmışdır. Təbrizdə uzun müddət silah sexi işlətmiş, əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. O, Səttarxanla həm də yaxın qohum olub.
Şahın xahişindən sonra Qaçaq Kərəmin qardaşları Qacar dövlətinə gəlməsinə izn verilir. Sonuncu, kiçik qardaşı İsgəndər Kərəmin düşməni İsrafil ağa Kərbəlayevi 1917-ci ildə öldürəndən sonra Təbrizə köçmüşdür və digər qardaşlarının yanında yaşamışdır..
Qaçaq Kərəm və qardaşları baş vəzir Əmin əl-Sultanın şəxsi mühafizəsində olublar. Kərəmin Zal adlı oğlu qış vaxtı soyuq çaya düşüb ağır xəstəlikdən sonra öldükdə, O, ağır depresiyaya düşür. Bir müddətdən sonra spirtli içki və tiryəkə qoşulur və 1909-cu ildə Qaçaq Kərəm Tehranda vəfat etdi və Qasım Xan Əb-ənbar qəbiristanlığında dəfn olundu, onun kəfəni, dəfni və cənazə namazı üçün bütün xərcləri Əmin əl-Sultan ödədi, həmçinin qəbrinin üstündə dörd tağlı bir bina tikilməsini əmr etdi
Rza şahın dövründə Nasir divarının dağıdılması və Tehranın genişlənməsi ilə Qasım Xan Su Anbarı qəbiristanlığı şəhərin hüdudlarında yerləşirdi və getdikcə tərk edildi və bu qəbiristanlıqdan keçən Tehran-Şəhr-e Ray yolu çəkildikdə dəfn edilənləri sümükləri oradan çıxarılaraq başqa yerlərə təhvil verildi. Bir müddət sonra bələdiyyə Qasım Xan su anbarı qəbiristanlığının qalıqlarını da söküb, əvəzində bələdiyyə işçiləri üçün uşaq bağçası və evlər tikdirdi. Bu günə qədər də onun harda dəfn edilməsi məlum deyil.