Praqada terror həyəcanı: Metro və tramvayların hərəkəti dayandırıldı

Praqada terror həyəcanı: Metro və tramvayların hərəkəti dayandırıldı
18 İyn 2024 23:00

Praqanın mərkəzi Vatslav Meydanı yaxınlığında tapılan iki şübhəli çamadana görə iki metro xətti, eləcə də yaxınlıqdakı tramvay xətti üzrə qatarların hərəkəti dayandırılıb.

Polis şübhəli tapıntının baş verdiyi ərazini mühasirəyə alıb. Əraziyə partlayıcılar üzrə mütəxəssis və partlayıcıları aşkarlamaq üçün öyrədilmiş it gətirilib.

Daha sonra məhdudiyyətlər yumşaldılıb və tramvaylar digər yolla hərəkətə başlayıb. Metro sərnişinlərinə isə digər marşrutları seçmək təklif olunub.

Çamadanların tapılması zamanı hadisə yerində heç bir çaxnaşma yaşanmayıb.


Youtube kanalımız

Oxşar xəbərlər