Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 milyon manat çox olmaqla, 5 milyard 949 milyon manat vəsait yönəldilib.
Bu barədə News365.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.
Yanvar-noyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 135 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.