Pakistanın şimal-qərbində silahlı sünni və şiə qruplaşmaları arasında son 24 saat ərzində baş verən toqquşmalarda azı 33 nəfər ölüb, 25 nəfər yaralanıb.
News365.az "Times of India"ya istinadən xəbər verir ki, toqquşmalar Xeyber-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verib.
Yaraqlılar bir-biri ilə atışıb, evləri, dükanları və mağazaları yandırıblar. Kürrəmdə təhsil müəssisələri ciddi gərginlik səbəbindən bağlanıb. Hər iki tərəf bir-birinə avtomat silahdan atəş açıb.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, polis bunun sünniyönlü qruplar tərəfindən baş verdiyini açıqlayıb.