Ordumuzun hərbi qulluqçusu vəfat etdi

Ordumuzun hərbi qulluqçusu vəfat etdi
26 Fev 2025 18:07

Türkiyədə xəstəxanaya yerləşdirilmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.     

News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   

Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.  Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada