“Nisə Qasımovaya halallıq vermirəm” - Xalq artisti

“Nisə Qasımovaya halallıq vermirəm” -  Xalq artisti
29 Apr 2024 13:12

“Elə müğənni var ki, ekrana çıxır, baxırsan ki,  Xalq artistidir. Hər şeydən danışır, “Lalə” qızlar ansamblının adını çəkmir”.

News365.az xəbər verir ki, bu sözləri Xalq artisti, “Lalə” qızlar ansamblının rəhbəri Ceyran Haşımova “O üz” verilişində deyib.

Zamanında “Lalə” qızlar ansamblında ifa edən müğənnilərdən gileylənən sənətçi Xalq artisi Nisa Qasımova və mərhum Əməkdar artrist Nəzakət Məmmədovanın adlarını çəkib.

“İlk addımlarını “Lalə”də atanlar bunu danırlar. Mən onlara halallıq vermirəm. Nisə xanım bizim ansambldan sonra Ələkbər Tağıyevin köməyi ilə öz istəyinə nail oldu. Bunu inkar etmək olmaz. Nisə Qasımova mənim ən çox istədiyim müğənni olub. Amma mən ona halallıq vermirəm. Axı, mən səni aparmışam... Ən böyük nankorluqlardan birini də Nəzakət Məmmədova edib. Onun haqqında dastan danışa bilərəm. O, mənə çox böyük nankorluq etdi. Gizli-gizli başqa kollektivlərə getmək, mənə deməmək... Buna görə də Nəzakəti ansambldan özüm xaric etmişəm”.


Youtube kanalımız

Oxşar xəbərlər