Naxçıvanın 3 rayonunda yanğınlar oldu

Naxçıvanın 3 rayonunda yanğınlar oldu
18 İyn 2024 19:48

Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub.

 Naxçıvan Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” “qaynar xətt”inə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə informasiyalar daxil olub.

Məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və fərdi yaşayış evinə, yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.


Youtube kanalımız

Oxşar xəbərlər