Moldovanın AB-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı

Moldovanın AB-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalandı
18 İyn 2024 22:22

İyunun 18-də Kişinyovda İtaliya Prezidenti Sercio Mattarellanın səfəri zamanı Moldovanın Avropa Birliyinə (AB) daxil olmasını dəstəkləyən Bəyannamə imzalanıb.

Sənəd İtaliya lideri və Moldova Prezidenti Maya Sandunun iştirakı ilə aparılan müzakirələrdən sonra imzalanıb.

Sonra keçirilən birgə mətbuat konfransında Sercio Mattarella ölkəsinin Moldova Respublikasının Avropa Birliyinə daxil olmasına “tam və birmənalı” dəstəyini təsdiqləyib.

“İtaliya Moldovaya Avropa standartlarına çatmaq üçün lazımi islahatları aparmağa gələcəkdə də köməklik göstərəcək və eyni şeyi Ukrayna üçün də davam etdirəcək”, – Mattarella bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər