Rusiyanın Ukraynaya "Oreşnik" hipersəs raketini buraxması Rusiya prezidenti Vladimir Putinin kollektiv Qərbə açıq mesajı idi. Bu barədə Misir Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Hişam əl-Hələbi Rusiya mediasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Hərbi əməliyyatlar meydanında hipersəs raketlərindən istifadə faktının özü çox aydın siqnaldır ki, Rusiyanın hipersəs silahları var. Hansılar ki, Avropa və Amerika buna qarşı hansısa müdafiə silahı qoya bilmir.
Əl-Hələbi qeyd edib ki, Qərbdə hipersəs raketlərini effektiv şəkildə dəf edə biləcək raketdən müdafiə sistemləri yoxdur.
Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xalqa müraciətlə çıxış etdi. Rusiya dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya Dneprdəki "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural