Türkiyədə təravih namazı üçün məscidə gedən şəxslər zəhərlənib.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Sivasın Akıncılar rayonunda məscidə gedən 48 nəfər təbii qaz sobasından sızan karbonmonoksit qazından zəhərlənib.
Zərərçəkənlərin xəstəxanaya aparıldığı bildirilib.