Makronun nüvə bəyanatı müxalifəti ayağa qaldırdı

Makronun nüvə bəyanatı müxalifəti ayağa qaldırdı
29 Apr 2024 10:00

Fransa prezidenti Emmanuel Makronun son bəyanatları siyasi elitada birmənalı qarşılanmayıb.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Makronun Avropa İttifaqını qorumaq üçün nüvə silahından istifadə oluna biləcəyi ilə bağlı sözləri Fransanın müxalifət partiyaları nümayəndələrinin qəzəbinə səbəb olub.

Belə ki, respublikaçıların Avropa Parlamentinə namizədi Xsavye Bellami "Cnews" telekanalına müsahibəsində deyib ki, Fransa kimi ölkənin liderinə belə bir fikir söyləmək yaraşmır. Avropa Parlamentində təmsil olunan "Milli birlik" partiyasın üzvü Tieri Mariani isə Makronu “millətə təhlükə” adlandırıb.

“Invictus France” partiyasının solçu siyasətçiləri də prezidentin sözlərindən hiddətləniblər. Onlar kommünike yayaraq, Makronu Fransanın nüfuzunu sarsıtmaqda və xalqı seçim hüququndan məhrum etməyə çalışmaqda ittiham ediblər.

Fransa parlamentindəki LFI fraksiyasının rəhbəri Matilda Pano is' Makronun sözlərini “dəlilik və məsuliyyətsizlik” adlandırıb. Hətta "Vətənpərvərlər" hərəkatının lideri Florian Filippo bir qədər də irəli gedərək Fransa prezidentini satqın adlandırıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər