Litvada bu səbəblə fövqəladə vəziyyət elan edildi

Litvada bu səbəblə fövqəladə vəziyyət elan edildi
12:03

Litva hökuməti Belarusdan gələn kontraband siqaret daşıyan hava balonları səbəbindən fövqəladə vəziyyət elan edib.

News365.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, ölkənin daxili işlər naziri Vladislav Kondratoviç bildirib ki, bu addım həm mülki aviasiya, həm də milli təhlükəsizlik üçün vacibdir.

Son iki ay ərzində bir neçə belə hadisə qeydə alınıb və Vilnüs aeroportunun fəaliyyəti bir neçə dəfə dayandırılıb. Rəsmi şəxslər xəbərdarlıq edir ki, kontrabanda davam edərsə, Litva sərhədləri yenidən bağlana bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada