KXDR: "ABŞ vəziyyəti fəlakətli səviyyəyə çatdırır!"

KXDR: "ABŞ vəziyyəti fəlakətli səviyyəyə çatdırır!"
09:05

Şimali Koreya Xalq Demokratik Respublikası(KXDR) ABŞ-Nİ Koreya yarımadasında əsl müharibəyə səbəb ola biləcək düşmənçilik hərəkətlərində ittiham edib. Rəsmi Pxenyan Vaşinqtondan təxribatlara son qoyulmasını tələb edib. Bu barədə xarici KİV  Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik Cənubi Koreya ilə Yaponiyanın iştirak etdiyi və ABŞ-nin keçirdiyi “Freedom Edge” hərbi təlimlərini xatırladıb. Həmçinin Amerikanın “Kolumbiya” sualtı qayığı Busan limanına daxil olub və RC-135S kəşfiyyat təyyarəsi yarımadanın üzərindən uçub ki, bu da KXDR-i narahat edir. KXDR ABŞ-ni vəziyyəti fəlakətli səviyyəyə çatdırmaqda ittiham edir.

"Pxenyan Vaşinqtona və onun müttəfiqlərinə regionda genişmiqyaslı silahlı münaqişənin başlanmasına səbəb ola biləcək təxribatçı hərəkətləri dərhal dayandırmağın vacibliyi barədə xəbərdarlıq edib. KXDR xatırladıb ki, özünümüdafiə tədbirləri ölkə silahlı qüvvələrinin konstitusion vəzifəsidir", - "Gazeta" yazıb.

Bəyanatda Şimali Koreya ordusunun ABŞ və müttəfiqlərinin hərəkətlərini diqqətlə izlədiyi və lazım gələrsə, tədbir görməyə hazır olduğu vurğulanıb. Pxenyan öz maraqlarını qorumaq və regionda hərbi paritet saxlamaq üçün qabaqlayıcı hərəkətlərin mümkünlüyünü etiraf edir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər