"KXDR və İran amili Trampın Kiyev ilə bağlı mövqeyini dəyişir" -AŞ rəhbəri

"KXDR və İran amili Trampın Kiyev ilə bağlı mövqeyini dəyişir" -AŞ rəhbəri
11:55

Portuqaliyanın keçmiş baş naziri və Avropa Şurasının (AŞ) yeni rəhbəri Antonio Kosta Financial Times (FT) qəzetinə müsahibəsində diqqət çəkən fikirlər səsləndirib. O, bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna məsələsində.Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyəti təkrar etməyəcək. 

“Trampın Rusiya ilə bağlı Avropaya baxanda gördüyü bir şey var. O, Rusiyada Şimali Koreya əsgərlərini görəndə tamamilə fərqli bir mənzərə ortaya çıxır və Rusiyanın əsas köməkçiləri Çin və İran olması amili də var”, - Koşta bildirib.

Onun sözlərinə görə, Avropa liderləri və Tramp fikir ayrılıqlarını idarə etmək üçün "etibar nöqtəsi" tapmalıdırlar. Əks halda, Kosta belə hesab edir ki, bu, bütün dünya üçün problemə çevriləcək.

Avropa Şurasının yeni rəhbəri Trampın vədini yerinə yetirməyi və Rusiya-Ukrayna münaqişəsini “24 saat ərzində” necə bitirməyi planlaşdırmasından da maraqlanıb. Kosta deyib ki, o da döyüşlərin sona çatmasını, lakin ədalətli şəkildə, davamlı sülhü təmin edilməsini istəyir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər