Kiyev F-16-ları aerodromlarında necə gizlədəcək?

Kiyev F-16-ları aerodromlarında necə gizlədəcək?
29 Apr 2024 14:16

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat katibi İlya Yevlaş F-16 təyyarələei ilə bağlı diqqət çəkən açıqlamalar verib. 

News365.az UNIAN-a istinadən xəbər verir ki, o,  Kiyevin F-16 qırıcılarının Ukrayna aerodromlarına yerləşdiriləcəkləri zaman onları qorumaq üçün tədbirlər kompleksi hazırladığını bəyan edib.  

"Bunun üçün təyyarələrin bazasını və xüsusi yerini hazırlamaq lazımdır.  Yeraltı anbarların və onların saxlanıla biləcəyi bunkerlərin ərsəyə gəlməsinə gəldikdə bütün bunlar külli midarsa vəsait tələb edir"- Kiyev rəsmisi qeyd esib.

Qeyd edək ki, bəzi Qərb ölkələri Ukraynaya hərbi dəstək üçün F-16 qırıcılarını verəcəyini açıqlayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər