Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi

Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi
29 Apr 2024 09:17

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 16 yaşlı Adam Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin (RUS) kuratoru təyin edilib.

Bu barədə Kadırov özü məlumat yayıb.“Əziz qardaşım, RUS-un rəhbəri Baybetar Vayxanovun xahişi ilə mən Adam Kadırovu RUS-un kuratoru təyin etmək qərarına gəldim, o, məşhur universitetin fəaliyyəti ilə yaxından tanışdır, ona görə də onun öhdəsindən gələcəyinə inanıram. O, üzərinə düşən vəzifələri mükəmməl şəkildə yerinə yetirir”, - Ramzan Kadırov Teleqram kanalında yazıb.


Youtube kanalımız

Oxşar xəbərlər