İsrail Müdafiə Qüvvələri (ÇAXAL)Livanı Beyrut şəhərinin cənub ətraflarında yerləşən Hədəs və Şüveyfət rayonlarının sakinlərini dərhal təxliyə etməyə çağırıb. Bu barədə X sosial şəbəkəsində ÇAXAL-ın ərəbdilli sözçüsü Aviçay Adray məlumat yayıb.
Onun sözlərinə görə, çağırışlar ÇAXAL müəyyən məlumatlar əldə edib ki, bu da bəzi evlərdə Hizbullah hərəkatının qüvvə və obyektlərinin yerləşməsidir.
"Özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün siz bu binaları dərhal təxliyə etməyə borclusunuz və onlardan ən azı 500 metr aralıda dayanmalısınız", - deyə Adray fikrini yekunlaşdırıb.
Sentyabrın 17-si və 18-də Livanın müxtəlif bölgələrində peycer və radiostansiyaların silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Sentyabrın 19-da İsrail Müdafiə Qüvvələri Livanda hava hücumları həyata keçirməyə başlayıb. Sentyabrın 23-də İsrail hakimiyyəti Hizbullahın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatına” başladığını elan etdi.
Tural