“İran dörd ildir ki, Zəngəzur Dəhlizinin açılmasını istəmir“- Politoloq

“İran dörd ildir ki, Zəngəzur Dəhlizinin açılmasını istəmir“- Politoloq
26 Fev 2025 11:17

“İranın Ermənistandakı səfiri bir neçə dəfə bəyan edib ki, regionla bağlı məsələlərdə İran və Rusiyanın maraqları fərqlidir.”

Politoloq Oqtay Qasımov bu sözləri News365.az-a açıqlamasında deyib.

“İran dörd ildir ki, Zəngəzur Dəhlizinin açılmasını istəmir və bu məsələ ilə bağlı İranla Rusiyanın mövqeləri bir-birinə zidd olub. Sonradan tərəflər bildiriblər ki, bu məsələdə onlar konsensusa gəliblər.

Əgər İran və Rusiya Zəngəzur Dəhlizi ilə bağlı iddialarını və birgə bəyanatın müddəalarını əsasən Rusiyanın mövqeyinə uyğunlaşdırmağı qəbul edəcəklərsə, o zaman Zəngəzur Dəhlizinin açılması prosesinin sürətləndiyini görə bilərik. Bütün bu amillərə baxmayaraq, son vaxtlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva və Tehranın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yanaşmaları oxşardır.”


Sizin reklam burada
Sizin reklam burada