“Hyundai” 145 min elektrik avtomobilini geri çağırır -Ciddi təhlükə aşkarlanıb

“Hyundai” 145 min elektrik avtomobilini geri çağırır -Ciddi təhlükə aşkarlanıb
12:49

Koreyanın “Hyundai” şirkəti ABŞ-də 145 min elektriklə işləyən avtomobili geri çağıracaq. Buna səbəb avtomobili idarə edərkən mümkün güclü enerji itkisi riskidir.  Bu barədə motor1.com Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Qeyd olunub ki, avtomobillərdə quraşdırılmış şarj etmənin idarəetmə blokunun zədələnməsi ilə bağlı problem aşkarlanıb. Bu qüsur 12 voltluq batareyanın doldurulmasının qəfil dayanmasına və güc qabiliyyətinin itirilməsinə səbəb ola bilər ki, bu da qəzalarla nəticələnmə riskini artırır. Söhbət IONIQ 5 və IONIQ 6 modellərindən, eləcə də elektrikləşdirilmiş Genesis GV60, GV70 və G80 modelərindən gedir.

Zədələnmiş komponentlərin dəyişdirilməsi üzrə bütün işlər pulsuz həyata keçiriləcək.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər