Hüseyin Axundovun anası prezidentə təşəkkür edib.
News365.az xəbər verir ki, keçən il dekabr ayının 13-də Hüseyin Axundov əsirlikdən azad olundu. Azad olduğunun bir ili tamam olur. Bu səbəblə Hüseyn Axundovun anası Şəlalə Axundova preizdent İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib. Eyni zamanda çətin zamanda onun yanında olan hər kəsı minnətdarlığını bildirib.
Qeyd edək ki, keçən il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.
News365.az