Gürcüstan xüsusi təhlükəsizlik tədbirləri görəcək

Gürcüstan xüsusi təhlükəsizlik tədbirləri görəcək
29 Apr 2024 11:08

Gürcüstan parlamentinin hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dövlət orqanları üçün xüsusi təhlükəsizlik tədbirlərini gücləndirib.

News365.az xəbər verir ki, bu barədə “Sputnik.Gürcüstan” məlumat yayıb .

Bildirilir ki, Gürcüstan parlamenti xüsusi təhlükəsizlik rejiminə qayıdır:

"Bu gün hüquq komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək”.

Qeyd olunur ki, deputatların təhlükəsizliyini qorumaq məqsədilə parlament binasına giriş məhdudlaşdırılacaq.

Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək, lakin bir yayımçıdan maksimum iki qrup daxil ola biləcək.


Youtube kanalımız

Oxşar xəbərlər