Gözlənilən tarixi "resurs sazişi" real olur

Gözlənilən tarixi "resurs sazişi" real olur
01 May 2025 07:45

Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko diqqət çəkən açıqlamalar verib. Xarici KİV-in yaydığı məlumata görə, o bildirib ki, ABŞ ilə təbii sərvətlərə dair saziş Ali Rada tərəfindən ratifikasiya edilməlidir. 


Onun sözlərinə görə, sövdələşmə çərçivəsində qanunvericiliyə edilən dəyişikliklər yalnız dəqiq olmalı və məqsədyönlüdür. Sviridenko vurğulayıb ki, fondun tam işləməsi üçün büdcə məcəlləsində dəyişikliklər edilməlidir.


Bundan əvvəl Ukrayna baş nazirinin birinci müavini Kiyevin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzaladığını təsdiqləmişdi.

Nazir qeyd edib ki, saziş vergi zəmanətlərini nəzərdə tutur: fondun gəlirləri və digər məsələlər nə ABŞ-da, nə də Ukraynada vergiyə cəlb edilmir. Məqsəd yatırılacaq investisiyaların ən böyük nəticə verməsidir.

Həmçinin ABŞ-nin maliyyə naziri Skott Bessent də Ukraynanın sazişə düzəlişlərlə bağlı mövqeyinə yenidən baxacağı təqdirdə, ABŞ-nin aprelin 30-da faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu bildirmişdi.

Tural


Sizin reklam burada
Sizin reklam burada