“Fransızlardan və ya amerikalılardan hansısa yardım almaq cəhdləri heç bir sülhə gətirib çıxarmayacaq“- Leonid Kalaşnikov

“Fransızlardan və ya amerikalılardan hansısa yardım almaq cəhdləri heç bir sülhə gətirib çıxarmayacaq“-  Leonid Kalaşnikov
29 Apr 2024 09:39

 

“Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, Cənubi Qafqazda sülhün bərqərar olmasına Rusiyanın çox böyük töhfəsi olub. Moskva isə 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından bu yana bütün illər ərzində bu sənədi nəinki tam şəkildə həyata keçirib, eləcə də, Bakı və İrəvan arasında danışıqlar üçün hər zaman digər tərəflərin razılaşmaları yerinə yetirməsini təmin etməyə, platformalar təqdim və təklif etməyə çalışıb”.

News365.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov Rusiya KİV-lərinə müsahibəsində deyib. 

O qeyd edib ki,Rusiya  bu gün də biz mütəmadi olaraq sülhə doğru dialoqa və tərəqqiyə hər cür yardım göstərməyə hazır olduğunu bəyan edir:

“Biz Qərbin Qafqazdakı vəziyyəti manipulyasiya etmək və bir tərəfdə oynamaq cəhdlərindən narahat olmaya bilmərik. Təbii ki, bu, Bakını da narahat edir. Bakı ilə İrəvan arasında delimitasiya prosesinin başlanması ilə bağlı razılaşmalara gəlincə, məncə, bu işi sakit və mərhələli şəkildə həyata keçirmək lazımdır. Çətindir, bu, şübhəsiz ki, onu pozmaq cəhdləri ilə müşayiət olunacaq prosesdir. Və biz artıq bu cəhdləri görürük. Delimitasiya prosesi mürəkkəbdir. Bu həm siyasi, həm də hərbi böhranlarla müşayiət oluna bilər. Təəssüf ki, bunu bir gecədə etmək mümkün deyil. Ona görə də hər iki tərəf səbirli olmalı və bunun xalqların xeyrinə olacağını başa düşərək yenə də sülhə doğru gedilməlidir. Yaxşı olar ki, müqavilələrə ciddi əməl edisin. Çünki, fransızlardan və ya amerikalılardan hansısa yardım almaq cəhdləri heç bir sülhə gətirib çıxarmayacaq. Biz bunu çoxdan müşahidə edirik. Və əgər bəzi siyasətçilər Qərb vasitəçiliyinə üz tuturlarsa, bu o deməkdir ki, görünür, onlar razılaşmalara səmimi və vicdanla əməl etmək istəmirlər. Daha doğrusu, Qərb vasitəçilərinin köməyi ilə elektrik xətlərini çəkmək istəyirlər. Azərbaycan və Ermənistan özləri birbaşa sülh prosesində iştirak etməlidirlər. Mən görürəm ki, Azərbaycan həmişə müqavilələrə vicdanla əməl edib”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər