Ermənistanla Azərbaycan arasında sülh: Yaxın olduğu qədər uzaq-TƏHLİL

Ermənistanla Azərbaycan arasında sülh: Yaxın olduğu qədər uzaq-TƏHLİL
18 İyn 2024 18:07

1998-ci ildə İrlandiya öz Konstitusiyasına dəyişiklik edib Böyük Britaniyaya qarşı ərazi iddialarından imtina etdi. İndi anoloji hadisə Cənubi Qafqazda baş verir. Azərbaycan indi də sülh müqaviləsi imzalamaq üçün Ermənistandan da bunu tələb edir.

Qeyd edək ki, aprel ayından etibarən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi sürətlənməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyan Qazax rayonunun 4 azərbaycanlı kəndinin sülh yolu ilə Bakının nəzarətinə qaytardı. Bundan sonra çoxdan gözlənilən sərhədlərin delimitasiyası prosesi başladı. Ərazi məsələlərinin həlli hələ də davam edir. Amma bir hüquqi məsələ hələ də həllini tapmayıb. Bu da böyük sülhə gedən yolda ən böyük əngəldir.

Ermənistanın təməlində Qarabağa iddialar

Ermənistan Konstitusiyasında rəsmi İrəvan hələ də şərq qonşusunun ərazisinə iddialarını saxlayır. Beləki, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var və burada Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinin Ermənistana birləşdirilməsindən bəhs edilir. Bəyannamənin mətnində 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR və DQMV-nin birləşdirilməsi haqqında” dekret yer alıb.

Ona görə də rəsmi Bakı bu faktı diqqətdən kənarda saxlaya bilməz. Ermənistan tərəfi Azərbaycan hakimiyyətinin mövqeyindən xəbərdardır və onların Konstitusiyanın dəyişdirilməsinin zəruriliyi ilə bağlı iki baxışı var. Bir tərəfdən, hələ 2024-cü ilin yanvarında Nikol Paşinyan ölkənin əsas qanununa dəyişikliklərin edilməsinin məqsədəuyğunluğundan danışıb. Onları ölkəni demokratikləşdirmək istəyi ilə əsaslandırıb.

Azərbaycanın tələbləri

İndi normallaşma prosesi sürətlə gedəndə Ermənistan Konstitusiyası məsələsi gündəmə gəlib. İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlament rəhbərlərinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələnin prinsipial əhəmiyyət kəsb etdiyini açıq şəkildə bildirdi:

"Ermənistan-Azərbaycan prosesinə gəlincə, fikrimizcə, bir neçə sual hələ də açıq qalır. Onlardan biri Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasıdır. İkincisi, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoymaq lazımdır”.

Azərbaycan liderinin bu məsələdə Türkiyənin adının çəkməsinin səbəbi var. Axı həmin İstiqlal Bəyannaməsində “erməni soyqırımı” da qeyd olunur. Onilliklərdir ki, İrəvan Ankaradan 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş faciəvi hadisələrin təkcə erməni xalqına qarşı cinayət kimi birtərəfli tanınmasını istəyir. Türkiyə bununla razılaşsaydı, məsələ təkcə maddi təzminatla məhdudlaşmayacaqdı: erməni millətçiləri Türkiyənin şərq rayonlarının Ermənistana birləşdirilməsinə ümid bəsləyəcəkdi.

Ona görə də İlham Əliyev həmin çıxışında ümumən qonşularını revanşizmə qarşı xəbərdar etdi:

“Biz görürük ki, bu cür fikirlər təkcə müxalifətdə deyil, iqtidarda da var”.

Ermənistanın reaksiyası

Artıq bir aydan çoxdur ki, Ermənistanda etiraz aksiyaları keçirilir. Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” adlı hərəkat Paşinyanı Azərbaycanla sərhəd mübahisələrini həll etmək istəyinə görə tənqid edir. Artıq ərazilərlə bağlı iddialar Ermənistanın baş nazirinin dərhal istefasını tələb edən şüarlara çevrilib.

Küçənin və müxalifətin təzyiqi altında Paşinyanın kabineti İlham Əliyevin Konstitusiyanın dəyişdirilməsi ilə bağlı qaldırdığı sualdan yayınmağa çalışır. İyunun 11-də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib ki, əsas qanuna edilən dəyişikliklərin Azərbaycanla sülh prosesi ilə heç bir əlaqəsi yoxdur və Ermənistanın daxili işidir. “Ermənistan Respublikasının Konstitusiyası, ona düzəlişlər və ya əlavələr edilməməsi Ermənistanın daxili işidir və bu, danışıqların gündəliyində ola bilməz”, - deyə o bildirib.

Hazırda həm Bakı, həm də İrəvan sülh sazişinin imzalanmasına müsbət yanaşırlar. Rubinyan həmin çıxışında bildirib ki, saziş “hətta sabah da” bağlana bilər. Belə çıxır ki, Ermənistan hakimiyyəti hələ də Ermənistan Respublikasının dövlətçiliyinin təməlində Qarabağa iddialarını saxlamaq istəyir. Ona görə də Bakının Ermənistan Respublikasının Əsas Qanununa düzəlişlər edilmədən sülh müqaviləsini imzalamaqdan imtina etməsi təəccüblü deyil.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər