Ermənistanın baş prokuroru siyasi həbslərə şərh vermədi

Ermənistanın baş prokuroru siyasi həbslərə şərh vermədi
29 Apr 2024 15:12

Ermənistanın baş prokuroru Anna Vardapetyan prokurorluğu siyasi proseslərə cəlb etməməyə çağırıb.  News365.az xəbər verir ki, o, bu barədə müxalifətçi deputat Qeqam Nazaryanın siyasi həbslərlə bağlı suallarını cavablandırarkən danışıb.

Ermənistan Milli Assambleyasının dövlət-hüquq məsələləri üzrə komissiyasının iclasında hesabat verən Anna Vardapetyan hüquqi kateqoriyalarda çıxış edəcəyini və siyasi məsələlərə qiymət verə bilməyəcəyini bildirib.

Deputat əminliklə deyib ki, hazırda hakimiyyətin bəyənmədiyi şəxsləri həbslər yolu ilə cəzalandırması tendensiyası açıq şəkildə müşahidə olunur.

Baş prokuror isə cavab olaraq qeyd edib ki, deputat bu mövzuda cəmi bir neçə ad çəkib. Bu arada ölkədə 2 mindən çox adamın üzərində həbs tədbirləri görülüb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bundan sonra ölkədə etiraz aksiyaları baş qaldırıb. Müxalifət siyasi həbslərin olduğunu iddia edir.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər