“Biz Fransa-Ermənistan əməkdaşlığının
gücləndirilməsinin növbəti mərhələsini görürük. Belə bir siyasəti ilk növbədə
iki ölkənin siyasi elitası, yüksək vəzifəli şəxsləri həyata keçirir və bunda
prinsipial olaraq təəccüblü heç nə yoxdur. Bu gün Fransa Ermənistanın strateji
hərbi və hərbi-texniki tərəfdaşıdır. Və təbii ki, bu yolla Rusiyanın yerini tutmağa
çalışır. Paşinyanın KTMT-dən rəsmən çıxmasına mane olan yeganə şey Rusiya
Federasiyasının sanksiyalar şəklində iqtisadi cavab tədbirləri görəcəyindən
qorxmasıdır”.
News365.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun
(Rusiya) baş direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor
Korotçenko deyib. O bildirib ki, Ermənistan və Fransanın hərbi idarələri
arasında fəaliyyət faktına gəlincə, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri
Suren Papikyan ilk dəfədir ki, Parisdə deyil:
“Söhbət iki ölkə arasında hərbi
inteqrasiyanın gücləndirilməsi, ilk növbədə Fransanın hərbi texnologiyaları əsasında
Ermənistan Respublikası üçün hava hücumundan müdafiə sisteminin yaradılması və
müvafiq silahların – zenit-raket komplekslərinin və hava məkanına nəzarət
radarlarının verilməsindən ibarətdir. Müvafiq olaraq, mütəxəssislər hazırlanır,
müvafiq planlar hazırlanıb və razılaşdırılıb, xüsusi xidmət orqanları arasında əməkdaşlıq
fəal şəkildə inkişaf edir. Əvvəlki dövrdə Fransanın xarici kəşfiyyat xidməti
DGSE Ermənistan xüsusi xidmət orqanları ilə Cənubi Qafqazdakı vəziyyət və daha
geniş kontekstdə peykdən çəkilmiş görüntülərin təqdimatı ilə bağlı fikir
mübadiləsi aparmaqda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərib. Bu gün Paris
Azərbaycan, Türkiyə, İran, Rusiya, regiondakı vəziyyətlə bağlı bütün lazımi kəşfiyyat
məlumatlarını Ermənistana təqdim edir. De-fakto, erməni xüsusi xidmət
orqanlarına fransızların əldə etdiyi müəyyən həcmdə kəşfiyyat məlumatlarına
giriş icazəsi verilir”.
Baş director daha sonra bubları
deyib:
“Hazırda konkret məqamlar barədə
danışmaq çətindir... Ermənistanla xidmətə girən Fransanın hava hücumundan
müdafiə sistemləri erməni elitasının məsuliyyətsiz davranışı ucbatından mülki təyyarələrə
təhlükə yarada bilir. Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan,
müvafiq məlumat ötürmə sistemləri ilə NATO hava hücumundan müdafiə bölməsinin
yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin
hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra biz hər an
Ermənistanda xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın,
ola bilsin ki, Avropa İttifaqının bazalarının yerləşdirildiyini görə bilərik.
Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt
Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə “çətiri”dir. Ona görə də
bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək”.
News365.az