“Ermənistanda baş verən iğtişaşlar heç bir nəticə verməyəcək“ - Politoloq

“Ermənistanda baş verən iğtişaşlar heç bir nəticə verməyəcək“ -  Politoloq
29 Apr 2024 10:43

"Oğtişaşlar, yolların bağlanması birbaşa "5-ci kalon"un işidir".

Politoloq Elşad Həsənov bunu News365.az-a açıqlamasında deyib.

"Son günlər Ermənistanda baş verən iğtişaşlar, yolların bağlanması bir başa "5-ci kalon"un işidir. Bu prosesə də Ermənistan kilsəsi ciddi müdaxilə edir. Mən düşünürəm ki, iğtişaşlar heç bir nəticə verməyəcək. Çünki Paşinyanı həm Avropa, həm Amerika dəstəkləyir. Bu ölkələrin Ermənistanda ciddi dayaqları var. Ona görə də bu iğtişaşlar qısa müddətdə yatırılacaq, əgər daha da böyüsə yenə də Paşinyanın indiki vəziyyətdə hakimiyyətdən devirə bilməyəcəklər"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər