"Ermənistan sülhü pozur, Azərbaycanı günahlandırmağa çalışır"- Millət Vəkili

"Ermənistan sülhü pozur, Azərbaycanı günahlandırmağa çalışır"- Millət Vəkili
12:59

"Ermənistanın bəzi dairələri yenidən sülh prosesini manipulyasiya etməyə və məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərirlər."

Milli Məclisin deputatı Naqif Həmzəyev bunu News365.az-a açıqlamasında deyib. 

"Onlar müxtəlif məsələləri gündəmə gətirərək, beynəlxalq ictimaiyyətdə fərqli obraz yaratmağa çalışırlar. Özlərini sülh tərəfdarı kimi təqdim edən bu qüvvələr, sülhün baş tutmamasında Azərbaycanı günahlandırmaq niyyətindədirlər.

Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan qalib ölkədir və öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə kapitulyasiya aktını imzalayıb və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır. Bununla belə, Azərbaycan regionda sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir."



Sizin reklam burada
Sizin reklam burada