Ermənistan rəhbərliyi gələcəkdə Azərbaycana qarşı ərazi iddiası irəli sürəcəkmi? - Blogerdən açıqlama

Ermənistan rəhbərliyi gələcəkdə Azərbaycana qarşı ərazi iddiası irəli sürəcəkmi? -  Blogerdən açıqlama
29 Apr 2024 15:04

“Baş nazir Nikol Paşinyanın "Ermənistanın qonşu dövlətlərə ərazi iddiaları yoxdur" açıqlamasını öz yurisdiksiyasını aydın şəkildə dərk edən rəsmi şəxsin bəyanatı kimi qiymətləndirirəm".

News365.az xəbər verir ki, bunu erməni bloger, fəal və ictimai xadim İşxan Verdyan Caliber.az-ın "Nikol Paşinyanın İrəvanın qonşularına ərazi iddialarının olmaması ilə bağlı son açıqlamalarını necə qiymətləndirirsiniz? Ermənistan rəhbərliyi gələcəkdə də bu kursu davam etdirəcəkmi?" sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan verdiyi vədlərə əməl edəcək, çünki onun üçün geri dönüş yoxdur:

"Öz ərazisindən kənarda iddiaların olmaması istənilən ölkə üçün təbii davranışdır və Ermənistan da istisna deyil. İddia irəli sürmək Ermənistanı sadəcə məhv olacağı müharibəyə sürükləmək deməkdir. Baş nazir Paşinyan bunu yaxşı bilir. O, mübarizə aparacaq və məqsədlərinə çatacaq. Təbii ki, ona mane olmağa çalışacaqlar, amma xeyri yoxdur".


Youtube kanalımız

Oxşar xəbərlər