Ermənilər “sülh“ deyəndə nəyi başa düşürlər? - TƏHLİL

Ermənilər “sülh“ deyəndə nəyi başa düşürlər? -  TƏHLİL
29 Apr 2024 09:54

 

Nəhayət. Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi başladı. Və ilkin mərhələdə 14 kilometrlik ərazidə sərhəd dirəkləri basdırıldı. Ancaq, bu prosesin ağrısız və qısa zamanda sona çatacağına heç bir ümid yoxdur.

Bu fikirləri deməyə Ermənistandakı siyasi ab-hava imkan verir. Çünki, ermənilər arasında bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Maraqlıdır ki, bəzi ermənilər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə “sadəcə müharibə olmasın deyə” təfəkkürü ilə yanaşır. Bu tamamilə məntiqsiz yanaşmadır.

Məsələn erməni ekspert  Araman Abovyan deyir ki, Azərbaycanla sərhədin delimitasiyası prosesinin başlaması məni Ermənistanda başqalarından az narahat etmir:

“Əminəm ki, Alma-Ata Bəyannaməsi ölkənin sərhədlərinin cızılması üçün əsas ola bilməz. Bunun üçün qonşu ilə heç olmasa münaqişəsiz vəziyyət olmalıdır. Şimal-şərqdə ərazilərin verilməsi ilə bizim üçün təhlükəli güc balanssızlığı yaranır. Azərbaycan qoşunları hətta sərhədçi formasında da bizim həyati damarlarımıza o qədər yaxınlaşır ki, gələcəkdə hərbi-siyasi şantaj yolu ilə öz şərtlərini diktə edə bilirlər. Üstəlik, Ermənistan hakimiyyətinin özü də iddia edir ki, yaxın gələcəkdə hərbi əməliyyatların istisna olunacağına heç bir təminat yoxdur”.

Göründüyü kimi ermənilər yaxın zamanlarda münaqişənin yenidən alovlanacağını istisna etmirlər. Ümumiyyətlə erməni cəmiyyətində sülh anlayışı fərqlidir.

Təsadüfi deyil ki, Araman Abovyan da bu barədə danışıb:

“Əgər İrəvanın siyasi kursu sülhün bərqərar olmasına yönəlibsə, onda ziddiyyətli vəziyyət yaranır. Sərhədin şimal hissəsində Bakı İrəvanın təhriki ilə strateji üstünlük əldə edərsə, hansı dinc yanaşı yaşamadan danışmaq olar? Onilliklər ərzində qurulmuş müdafiə xəttinin ən güclü hissəsinin dağılmasından danışmırıq. Sülh birtərəfli güzəştlər yolu ilə əldə edilirmi?

Balans əldə etmək üçün dünya təcrübəsi qarşılıqlı kompromislər formulunu işləyib hazırlayıb ki, biz bunu indi görmürük”.

Qəribədir ki, ermənilərin sülh anlayışında belə bir “məntiq” daşlaşıb ki, sülh ancaq Azərbayvan və Türkiyədən asılılığa düşmək deməkdir. Bu da o deməkdir ki, ermənilər çövcud reallığı qavramır. Və xəstə iddialarından əl çəkmirlər. Yenə də “dənizdən-dənizə böyük Ermənistan” iddialarıyla yaşayırlar. Bu iddianınsa nə əsası və nə gələcəyi.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər