DSMF Böyük Britaniyada mükafat aldı

DSMF Böyük Britaniyada mükafat aldı
29 Apr 2024 14:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq uğurları davam edir.

News365.az xəbər verir ki, Fond mənzil-qərargahı Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “Retirement Planning Awards 2024” beynəlxalq müsabiqəsində də qalib gəlib.

DSMF müsabiqədə  “Transformativ sosial müdafiə və rəqəmsal əks-əlaqə üzrə 2024-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb. 

Fondun müsabiqəyə təqdim etdiyi iş “Azərbaycanda sosial ödənişlərin təyin edilməsində müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi” mövzusunda olub.  

Qeyd edək ki, DSMF 2024-cü ilin ötən dövründə artıq 14 beynəlxalq mükafata layiq görülüb.


Youtube kanalımız

Oxşar xəbərlər