Dovşan əti halal sayılırmı? – Mütəxəssisdən açıqlama

Dovşan əti halal sayılırmı? – Mütəxəssisdən açıqlama
10:27

Bəzi şəxslər cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanların yeyilməsinin haram olduğunu bildirir. Bu baxımdan dovşanın da əti tövsiyə edilmir.

Bəs dovşan əti yemək həqiqətən haramdır?

İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, bununla bağlı “Qurani-Kərim”də hansısa dəlil yoxdur:

Elşad Miri: 

“Bu gün özlərini şiə adlandıran məzhəb dovşan ətinin haram olduğunu deyir. “Quran”da olmayan bir şeyi necə “haram” deyirlər onu da başa düşə bilmirəm. At ətinin də haram olması ilə bağlı dəlil yoxdur. Özbəkistan və Qazaxıstanda at əti yeyilir, hansısa problem də yoxdur. “Quran”da olmayan bir şeyə kimsə “haramdır” deyə bilməz. “Qurani-Kərim”də 16-cı surənin 116 ayəsində deyilir ki, “Dilinizə necə gəldi, “bu haramdır”, “o halaldır” deməyin””. Haramları buyrulanları müəyyənləşdirən əsas “Quran”dır. Məsələn, donuz ətinin haram olması “Quran”da qeyd edilib”. ///pravda.az


Sizin reklam burada
Sizin reklam burada