Delle öz-özünə danışırdı? Delfinlərin dili:

Delle öz-özünə danışırdı? Delfinlərin dili:
12:56

Danimarka sahillərində yaşayan Delle adlı delfin üzərində aparılan maraqlı araşdırma yeni faktları ortaya çıxarıb. Alimlər delfinin üzərinə mikrofon yerləşdirərək 10 mindən çox səs qeydə alıblar.

News365.az xəbər verir ki, bu səslərdən 2239-u daha əvvəl heç vaxt eşidilməyən səslər olub.

Maraqlı məqam isə bu səslərin digər delfinlərlə ünsiyyət qurmaq üçün istifadə edildiyi təsdiqlənsə də, Delle tək idi.

Mütəxəssislər delfinin bu davranışını izah etmək üçün üç fərziyyə irəli sürürlər:

1️⃣ Delle qrupundan təsadüfən ayrı düşmüş ola bilər və çıxardığı səslərlə digər delfinlərə siqnal göndərməyə çalışır.
2️⃣ O, qrupundan qovulmuş ola bilər. Bu, adətən xəstə və ya fərqli davranış sərgiləyən delfinlərdə müşahidə edilir.
3️⃣ Delle, heç vaxt qeydə alınmayan yeni bir ünsiyyət forması inkişaf etdirə bilər.

 Alimlərin fikrincə, delfinlər bir-biri ilə ünsiyyət qurmaq üçün özlərinə məxsus, tanınan bir dilə sahib olan yeganə heyvanlardır.

 Araşdırmanın nəticələri delfinlərin daha mürəkkəb ünsiyyət sisteminə malik olduğunu göstərir. Bu isə onların düşüncə və hiss dünyasının düşündüyümüzdən daha dərin ola biləcəyini sübut edir.


Sizin reklam burada
Sizin reklam burada