İllik ənənəvi dini ziyarəti üçün Hebrona gələn onlarla yəhudi ekstremist İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Mərkəzi Komandanlığının rəhbəri general-mayor Avi Bluta hücum etməyə cəhd edib. Onlardan beş nəfəri artıq saxlanılıb. Bu barədə “The Timesof Israel” qəzeti məlumat yayıb.
ÇAXAL rəsmiləri qeyd ediblər ki, Bluth əraziyə toplananların təhlükəsizliyini təmin etmək üçün cümə günü İordan çayının qərb sahilində olub. Bir qrup ekstremist “satqın” deyə qışqıraraq onu təqib edib və radikal addımlara başlayıblar. Qəzet qeyd edib ki, general-mayorun həmin təbəqədən olan insanlarla “mürəkkəb” münasibəti var.
Hücum nəticəsində Blut və onu müşayiət edən hərbçilər xəsarət almayıblar. Beş şübhəlinin tutulmasının ardından iğtişaş törədən qrup dağıdılıb.
Tural