Bu "Mercedes"lər daha buraxılmayacaq - FOTO

Bu "Mercedes"lər daha buraxılmayacaq - FOTO
13 Apr 2025 13:00

“Mercedes-Benz” yeni nəsil van avtomobilləri ailəsini təqdim etməyə hazırlaşdığı üçün “Renault” ilə birgə hazırlanan T-klass və onun kommersiya versiyası olan “Citan” modelindən imtina edir.

Növbəti il Fransanın Mobej şəhərində yerləşən zavodda hər iki modelin istehsalı dayandırılacaq.

Şirkət nümayəndəsi təsdiq edib ki, “Mercedes-Benz” hazırkı strategiyasına uyğun olaraq daha çox premium seqmentlərə diqqət yetirir. Nəticədə, markanın model sırası mütəmadi olaraq optimallaşdırılır.

Gözlənilir ki, EQT kimi tanınan T-klassın elektrik versiyası da istehsaldan çıxarılacaq.

Hazırda “Mercedes-Benz” T-klass və “Citan”nın qiymətləri təxminən 25 min avrodan başlayır.


Sizin reklam burada
Sizin reklam burada