80-ci illərdə Pavloqradda təhlükəli manyak fəaliyyət göstərib. Qatilin axtarışları isə heç bir nəticə vermirmiş. Onun qurbanlarının sayı getdikcə artıb. Sonradan müstəntiqlər gözlənilməz addım atıblar. Onlar kömək üçün məşhur görücü Vanqaya müraciət ediblər. Bu barədə REN TV-yə hüquqşünas və kriminoloq Timur Matveyev məlumat verib.
"O, o qədər təhlükəli olub ki, hətta Vanqa da bu manyakın cinayətini açmağa çalışıb. Müstəntiqlər ona müraciət ediblər. Çünki onun əməlləri geniş rezonans doğurub. Onlarla qız yoxa çıxmışdı. Ancaq buna baxmayaraq, hətta Vanqa da heç nə edə bilməmişdi. Nəticədə o, yalnız ayıq-sayıq olan qonşusunun sayəsində saxlanılıb. Allaha şükürlər olsun ki, onun əməlləri nəhayət ki, dayanıb...", - kriminoloq qeyd edib.
Bu və digər detallar, manyakla bağlı təfərrüatlar Boris Rıjovun "Naməlum tarix" proqramında göstəriləcək. Ren tv verilişin 24 noyabr saat 13:00-da efirə gedəcəyini anons edib.
Tural