Bolqarıstanda ölkənin cənub-şərqində çoxmillətli NATO briqadasının yerləşdirilməsi üçün komplekslərin tikintisi planlaşdırılır. Bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) məlumat yayıb.
Bolqarıstanın müdafiə naziri Atanas Zapryanovun sözlərinə görə, təlim və idman qurğuları Yambol şəhəri yaxınlığındakı Kabyle Hərbi Dairəsinin ərazisində yerləşəcək.
Hərbi qurumun rəhbəri onu da qeyd edib ki, istifadə olunacaq döyüş sursatları məskunlaşma ərazilərindən, kazarmalardan kənarda olan anbarlarda saxlanılacaq.
O da məlum olub ki, 2025-ci ilin sentyabrında Bolqarıstan NATO-nun 20-ci mülki fövqəladə hallara cavab təliminə ev sahibliyi edəcək.
Tural