"Biz indi donun əridiyi zamandayıq"- İdris Heydərli

"Biz indi donun əridiyi zamandayıq"- İdris Heydərli
18 Dek 2024 09:04
Rusiya Sovetlərdən sonra heç zaman yaşamadığı bir dönəmə girdi,
O Rusiya kimi yaşamaq məcburiyyətində qaldı.
Bu zamana qədər imperiyanın, Sovet quruculuğunun əsaslarından biri olan Rus ilk dəfə özü ilə üzbəüz oldu.
Ağrılı bir keçiddir,
Dünənki halını itirmək və gələcəyinin təhlukədə olma qorxusu... İndinin itməsinə səbəb oldu.
Bu günə qədər hələ də rus indisini müəyyən edə bilmir.
Dərdim bu deyil,
Dərdim indisini tapa bilməyən rusun "rusca" dərdidir.
Son siyasi proseslərdə rus ağlının tez tez istifadə etdiyi bir "Rus dili" məsələsi var,
Görünən hadisələrdə xatırlanan və qorunması istənilən şeylərdən bəlkə də ən əsası budur.
Səbəbini araşdırdıqmı?
Dil nədən bu qədər vacibdir?
Dil iki cür yaranır,
Təbii və süni.
Süni dil təbii dilin düşmənidir, məntiqin, yazının, oxumanın dilidir.
Rusca sovetcələşdikcə təbii dil olma funksiyasını itirdi
Və özünə bağladığı dilləri də süniləşdirdi,
Özbəkcə, tatarca, qazaxca, azərbaycanca beləcə ortaya çıxan süni ruscanın sünisi olaraq kitablaşdı, şüarlaşdı, donduruldu.
İndisi olmayan rus ağlı süni ruscanı əvəzləyə bilmədikcə dünənə qədər özünə bağladığı dillərin də morfologiyasının dəyişməsini arzulamadı.
Dil dəyişmədikcə təsəvvür dəyişməz, təsvir dəyişməz, mənzərə ona bağlanan dilin imkanları və sərhədləri içində donar.
Biz indi donun əridiyi zamandayıq,
Don əridikdə isə üzə çıxanlar zirzibillər olar.
İndi zirzibillərin parıldadığı dönəmi yaşayırıq.
Dilin canı cümləsidir, bu gün bütün postsovetlərdəki dil sovetcədir,
Heç bir kimlik hələ də dilinin sərhədlərini açmayıb, açılan torpaq sərhədləridir.
Düşüncəni idarə edən sərhədlər isə hələ də ruscadır.
Rus ağlının qorumaq istədiyi "rusca" bu sərhədlərin qoruyucudur.
Yeni "biz" inşa edəcək dilin isə əlamətləri görünür,
Bu artıq " rusca" deyildir. İngilscədə deyildir,
Boşluğ sevməyən dillər o boşluğu tamamlayacaq Dilin zühürü ilə doğar.
İdris Heydərli, publisist

Youtube kanalımız